Menyu

Efiopiya Rusiyadan dörd ədəd “S-400” batareyası alacaq

Nicat Hüseynli
Efiopiya Rusiyadan dörd ədəd “S-400” batareyası alacaq
1 dəq oxu

Efiopiya Rusiyadan dörd batareyadan ibarət “S-400” hava hücumundan müdafiə sistemi almağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bunu Efiopiyanın Baş naziri Abiy Əhməd Əli “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Baş nazirin açıqlaması onun Moskvada keçirilən Rusiya-Afrika Sammitində iştirak etdiyi vaxta təsadüf edib. Rusiya və Efiopiya uzun illərdir hərbi-sənaye sahəsində əməkdaşlıq edirlər.

Qeyd edək ki, Efiopiya Rusiyadan 12 ədəd Su-35 qırıcısı da alıb.

Əlaqəli Xəbərlər