Azərbaycan boksçularının Avropa çempionatlarındakı medallarının sayı 25-ə çatıb
Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında qazandıqları medalların sayı 25-ə çatıb.
Bu barədə Operativ Media-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Milli komandalar qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.
Komandalar arasında ən çox medalı U-15 millisi qazanıb. Boksçular Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.
U-17 millisi qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığma isə analoji yarışda rekord nəticə göstərərək 5 mükafata yiyələnib. Hər iki komanda 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndiriblər.
U-19 millisinin Avropa çempionatındakı qazancı isə 2 medal olub.
Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Komandalar bu yarışların 3-də medal əyarına görə ilk "altılıq"da yer alıblar.