Menyu

Xankəndidə ilk dəfə cüdo üzrə rəsmi imtahan təşkil olunacaq

Operativ Media
Xankəndidə ilk dəfə cüdo üzrə rəsmi imtahan təşkil olunacaq
1 dəq oxu

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ilk dəfə Xankəndi şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Bu barədə Operativ Media-ya ACF-in mətbuat xidmətindən bildirilib.

İmtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər. Kəmər seçimi yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə Azərbaycan Cüdo Federasiyası tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

İmtahan Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə keçiriləcək.

Əlaqəli Xəbərlər