Menyu

UEFA Gənclər Liqası: “Qarabağ”ın U-19 komandası “Dinamo”ya məğlub olub

Operativ Media
UEFA Gənclər Liqası: “Qarabağ”ın U-19 komandası “Dinamo”ya məğlub olub
1 dəq oxu

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsinin ilk oyununda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna uduzub.

Operativ Media xəbər verir ki, Bakıda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 45-ci dəqiqədə penalti zərbəsindən Çidioke açıb. 67-ci dəqiqədə Benkotiç tarazlığı bərpa edib. Ban isə 90-cı dəqiqədə “Dinamo”ya qələbə qazandıran qolu vurub.

Əlaqəli Xəbərlər