Menyu

Noyabrda ardıcıl 4 gün iş olmayacaq - TƏQVİM

Operativ Media
Noyabrda ardıcıl 4 gün iş olmayacaq - TƏQVİM
1 dəq oxu

Noyabr ayında Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Operativ Media xəbər verir ki, Azərbaycanda 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət bayrağı günü olaraq qeyd edilir.

Bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftəlik istirahət günü iş günü hesab edilməyən bayram günü ilə üst-üstə düşdükdə, növbəti iş günü istirahət günü hesab olunur.

Bu səbəbdən istirahət günü noyabrın 10-na keçiriləcək. Beləliklə 7, 8, 9 və 10 noyabr tarixlərində ardıcıl 4 gün iş olmayacaq.

Qeyd edək ki, 12 noyabr Konstitusiya Günü və 17 noyabr Milli Dirçəliş Günü iş günü hesab edilən bayram günləridir.


Əlaqəli Xəbərlər