Menyu

"Qalatasaray" və "Fənərbaxça"nın futbolçuları cəzalandırılıb

Operativ Media
"Qalatasaray" və "Fənərbaxça"nın futbolçuları cəzalandırılıb
1 dəq oxu

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın futbolçusu Abdülkerim Bardakcı və “Fənərbaxça”nın oyunçusu Arçi Brauna cəza verib.

Operativ Media xəbər verir ki, Türkiyə Super Liqasının IX turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” derbisindən sonra intizam komitəsinə göndərilən futbolçuların cəzaları açıqlanıb.

Abdülkerim Bardakcı iki oyunluq diskvalifikasiya və 67 min türk lirəsi, Arçi Braun isə üç oyunluq diskvalifikasiya və 100 min türk lirəsi məbləğində cərimələnib. Hər iki futbolçu davada iştirak etdiklərinə görə cəzalandırılıb.

Əlaqəli Xəbərlər