Menyu

Kapadokyada qaya parçaları uçub, 2 nəfər ölüb

Nicat Hüseynli
Kapadokyada qaya parçaları uçub, 2 nəfər ölüb
1 dəq oxu

Türkiyənin Nevşəhər vilayətinin Görəmə qəsəbəsində qaya parçalarının uçması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə Görəmə Açıq Hava Muzeyinin yaxınlığında güclü yağışdan sonra baş verib. Qaya parçaları ərazidə olan insanların üzərinə düşüb.

Hadisə yerinə polis, jandarm, AFAD və tibbi yardım briqadaları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Əlaqəli Xəbərlər