Menyu

Azərbaycan və Gürcüstan Baş nazirlərinin təkbətək görüşü olub

Operativ Media
Azərbaycan və Gürcüstan Baş nazirlərinin təkbətək görüşü olub
1 dəq oxu

Gürcüstanda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub.

Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.

Hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Fotogalereya

Əlaqəli Xəbərlər