Deputat: Ombudsman Aparatına etimad son illərdə artıb
Ombudsman Aparatına etimad son illərdə artıb.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə komitənin bugünkü iclasında Ombudsmanın seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, son iki-üç ildə parlamentə təqdim olunan hesabatlar vətəndaşların Ombudsman Aparatına müraciətlərinin artdığını göstərir:
"Ombudsman vəzifəsi olduqca ciddi və insan hüquq və azadlıqları ilə bağlı ölkənin ümumilikdə ölkə vətəndaşlarının müraciət etdiyi bir təsisatdır. Ona görə də hər zaman diqqət mərkəzindədir. Bu təsisatın son illərdə önəmi daha da artmışdır. Son iki-üç il ərzində parlamentə təqdim edilən hesabatlardan da görünür ki, ölkə vətəndaşlarının bu təsisata müraciət dinamikası get-gedə artır və bu da bu birmənalı olaraq təsisata olan etimadın göstəricisidir", - deputat qeyd edib.