Menyu

"Qalatasaray" "Zenit"in qazaxıstanlı müdafiəçisi ilə maraqlanır

Operativ Media
"Qalatasaray" "Zenit"in qazaxıstanlı müdafiəçisi ilə maraqlanır
1 dəq oxu

“Zenit”in mərkəz müdafiəçisi Nurali Alip karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Burak Enem “X” sosial şəbəkəsində məlumat yayıb. Onun sözlərinə görə, İstanbul təmsilçisi qazaxıstanlı futbolçunun xidmətləri ilə bağlı tövsiyə aldıqdan sonra onun çıxışlarını izləməyə başlayıb. Bildirilib ki, Alip vətəndaşlığına görə Türkiyə çempionatında legioner hesab edilməyəcək.

26 yaşlı müdafiəçi 2022-ci ilin fevralında “Kayrat”dan “Zenit”ə keçib. O, Sankt-Peterburq təmsilçisinin heyətində 130 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə edib və 15 sarı vərəqə alıb.

Alip cari mövsümdə Rusiya çempionatı və kubokunda ümumilikdə 12 matçda iştirak edib.

Qeyd edək ki, hazırda “Qalatasaray”ın heyətində rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov da çıxış edir.

Əlaqəli Xəbərlər