Menyu

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Operativ Media
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
1 dəq oxu

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər