Menyu

"Böyük Dəbilqə": Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayır

Operativ Media
"Böyük Dəbilqə": Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayır
1 dəq oxu

Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə qoşulacaq.

Operativ Media xəbər verir ki, yarışın ikinci günündə olimpiya çempionu Hidayət Heydərov (73 kq), Kamran Süleymanov (73 kq) və Südabə Ağayeva (70 kq) qüvvələrini sınayacaqlar.

73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov ilk mərhələdən azaddır. Onun rəqibi serbiyalı Baysanqul Baqayevlə rumıniyalı Bors Dumitresku arasındakı görüşün qalibi olacaq.

Eyni çəkidə mübarizə aparan Kamran Süleymanov isə özbəkistanlı Zamoxşari Bekmurodovla kiprli Xristos Dimitriadi arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

70 kq-da çıxış edən Südabə Ağayevanın ilk rəqibi isə ABŞ təmsilçisi Nensi Nquyen olacaq.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan təmsilçilərindən Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal qazanıb.

Əlaqəli Xəbərlər