Menyu

Azərbaycan taekvondoçuları “Serbia Open 2026” turnirində iştirak edəcək

Operativ Media
Azərbaycan taekvondoçuları “Serbia Open 2026” turnirində iştirak edəcək
1 dəq oxu

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Serbiyanın Belqrad şəhərində keçiriləcək “Serbia Open 2026” beynəlxalq turnirində iştirak etmək üçün yola düşüb.

Bu barədə Operativ Media-ya Azərbaycan Taekvando Federasiyasından məlumat verilib.

Baş məşqçi Məmməd Abdullayev və milli komandanın məşqçisi Ayxan Tağızadənin rəhbərliyi altında 6 idmançımızın mübarizə aparacağı yarış 31 oktyabr tarixində keçiriləcək. 

Əlaqəli Xəbərlər