Menyu

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında müqavilə təsdiq ediləcək

Operativ Media
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında müqavilə təsdiq ediləcək
1 dəq oxu

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq ediləcək.

Operativ Media xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilib.

Komitə iclasında həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi haqda qanunlayihəsi də müzakirə edilib. Hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Əlaqəli Xəbərlər