Menyu

Hökməlidə tövlədə yanğın baş verib

Operativ Media
Hökməlidə  tövlədə yanğın baş verib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan taxta konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər