Menyu

Üç ölkənin səfiri Cənubi Qafqazda sülhü müzakirə edib

Operativ Media
Üç ölkənin səfiri Cənubi Qafqazda sülhü müzakirə edib
1 dəq oxu

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneldə iştirak edib.

Operativ Media Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən xəbər verir ki, Amerika Araşdırmaları Mərkəzində təşkil olunan paneldə Gürcüstan və Ermənistanın səfirləri də iştirak ediblər.

Jurnalist Luka Ştaynmanın moderatorluğu ilə keçirilən müzakirələrdə regionda davamlı və inklüziv sülhün perspektivləri, regional ticarət və bağlantı arxitekturası, eləcə də digər mühüm beynəlxalq tərəfdaşlarla münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.

Əlaqəli Xəbərlər