Menyu

Bakının iki rayonunda qaz olmayacaq

Operativ Media
 Bakının iki rayonunda qaz olmayacaq
1 dəq oxu

Oktyabrın 30-da Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-u saat 10:00-dan təmir işləri başa çatanadək Xətai və Suraxanı rayonlarının müəyyən küçələrinin qaz təminatında qısamüddətli fasilə baş verəcək", - məlumatda bildirilir.

Əlaqəli Xəbərlər