Menyu

İran Vensin məktubunu cavablandırmayıb

Operativ Media
İran Vensin məktubunu cavablandırmayıb
1 dəq oxu

İran tərəfi ABŞ-yə təqdim etdiyi yeddi şərtin yerinə yetirilməsində israr edir və Vaşinqtondan göndərilən məktuba hələlik cavab verməyib.

Operativ Media IRIB-yə istinadən xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə ünvanladığı məktub cavabsız qalıb.

“İran məktubu təhvil alıb, lakin hələlik ona cavab verməyib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Tehranın təkliflərinə zidd mövqe qəbuledilməz hesab olunur.

ABŞ Prezidenti Donald Tramp Cey Di Vensin Möhsün Rezaiyə ünvanladığı məktubda İrana dərman preparatlarının çatdırılmasının təklif edildiyini bildirib.

Əlaqəli Xəbərlər