Menyu

Azərbaycan gömrükçüləri İrandan Avropaya yarım ton narkotik aparılmasının qarşısını alıb

Redaksiya
Azərbaycan gömrükçüləri İrandan Avropaya yarım ton narkotik aparılmasının qarşısını alıb

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə "Operativ Media"ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər