Menyu

Deputat: Azərbaycan öz gələcəyini özü müəyyənləşdirən qalib dövlətdir

Operativ Media
Deputat: Azərbaycan öz gələcəyini özü müəyyənləşdirən qalib dövlətdir
1 dəq oxu

“Zəfər bizə yalnız torpaqlarımızı qaytarmadı, xalqımızın milli qürurunu, mənəvi ucalığını və tarixi ədaləti bərpa etdi”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanın tarixi Qələbəsi yalnız 44 günlük müharibənin deyil, 2003-cü ildən etibarən həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, ardıcıl islahatların və güclü siyasi iradənin nəticəsidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Sonrakı illərdə regionların sosial-iqtisadi inkişafı, iqtisadi və enerji müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi və müasir ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər vahid strategiyanın tərkib hissəsi olub.

Azər Badamov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan hərbi, diplomatik və informasiya cəbhələrində vahid strategiya ilə hərəkət edərək tarixi Qələbə qazanıb. O, müharibə dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların Vətənin ərazi bütövlüyü uğrunda birləşməsini milli həmrəyliyin nümunəsi kimi qiymətləndirib.

Deputat işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə və Böyük Qayıdış proqramına da toxunub. Bildirib ki, hazırda əsas məqsəd azad edilmiş torpaqlarda həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması və dövlət suverenliyinin bütün ərazilərdə təmin edilməsidir.

O vurğulayıb ki, əldə olunmuş tarixi nailiyyətləri qorumaq, dövlətin gücünü artırmaq və suverenliyi möhkəmləndirmək Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir.

Əlaqəli Xəbərlər