Menyu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Redaksiya
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Aprelin 23-ü saat 01 radələrində
Biləsuvar rayon sakini 1986-ci il təvəllüdlü Vüsal İlhamlının üzərində xəsarət izləri olan meyitinin Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, ilkin araşdırma zamanı  1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb"

Əlaqəli Xəbərlər