Menyu

“DH Volley” Danimarka klubunu qəbul edəcək

Operativ Media
“DH Volley” Danimarka klubunu qəbul edəcək
1 dəq oxu

Qadın voleybolçulardan ibarət “DH Volley” komandası bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab qarşılaşmasında Danimarkanın “Holte IF” klubu ilə üz-üzə gələcək.

Operativ Media xəbər verir ki, Bakıda keçiriləcək görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq. Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

Komandalar arasında keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Bu cütün qalibi növbəti mərhələdə Polşanın LKS klubu ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər