Menyu

Bakıda cüdo üzrə U-17 şəhər birinciliyi keçiriləcək

Operativ Media
Bakıda cüdo üzrə U-17 şəhər birinciliyi keçiriləcək
1 dəq oxu

9–10 noyabr tarixlərində Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.

ACF-dən Operativ Media-ya verilən məlumata görə, turnirdə 71 klub və idman cəmiyyətindən 587 cüdoçu (483 oğlan, 104 qız) 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Əlaqəli Xəbərlər