"Liverpul” Trey Nyoninin müqaviləsini uzatmaq istəyir
İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Trey Nyoninin müqaviləsinin müddətini uzatmaq üçün danışıqlar aparır.
Operativ Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Tərəflər 19 yaşlı ingiltərəli futbolçu ilə yeni müqavilənin şərtlərini bir neçə aydır müzakirə edirlər. Klubun yaxın zamanda razılığa gələcəyinə ümid etdiyi bildirilir.
16 yaşında “Lester Siti”dən 1,2 milyon avrodan bir qədər aşağı məbləğ qarşılığında transfer olunan Nyoni baş məşqçi Andoni İraolanın planlarında mühüm yer tutur.
“Liverpul” 2026-cı ilin yayında “Nottingem Forest” klubunun futbolçu üçün təklif etdiyi 36 milyon avronu qəbul etməyib. Bununla da klubun yarımmüdafiəçini heyətdə saxlamaq niyyətində olduğu bəlli olub.
Nyoni 2026/2027 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 11 oyunda 1 qol vurub.
Futbolçunun hazırkı müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 18 milyon avro qiymətləndirir.