Menyu

Türkiyədə Azərbaycan hərbçiləri komando təməl təlimini başa vurub

Operativ Media
Türkiyədə Azərbaycan hərbçiləri komando təməl təlimini başa vurub
1 dəq oxu

Türkiyənin Dağ, Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında təlim keçən azərbaycanlı hərbi qulluqçular üçün kursun bağlanış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasından olan hərbi qulluqçular avqustun 21-dən noyabrın 1-dək Komando Təməl Təlimində iştirak ediblər.

Nazirlik paylaşımında Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlığı “güc birliyi” kimi xarakterizə edib.

Fotogalereya

Əlaqəli Xəbərlər