Bu il nə qədər nar istehsal olunacaq? – VİDEO
Azərbaycanda nar yığımı davam edir. Yağıntılı hava məhsula təsir göstərsə də, bu il istehsalın ötən illə müqayisədə artacağı gözlənilir.
Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, fermerlərin sözlərinə görə, Azərbaycan narına həm yerli, həm də xarici bazarlarda tələbat var. Məhsulun qiyməti ölçüsündən və keyfiyyətindən asılı olaraq 70 qəpikdən 2 manatadək dəyişir.
Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvü Seymur Cəbrayılov bildirib ki, bu il istehsalın 2025-ci ildəki 187 min tona yaxın olacağı gözlənilir.
Onun sözlərinə görə, Azərbaycan narı və nar məhsulları 26 ölkəyə ixrac edilir. 2025-ci ildə isə xaricə 36 min tona yaxın nar göndərilib və ölkəyə 35 milyon dollardan çox gəlir daxil olub.
Ətraflı videoda: