Menyu

Türkiyədə 1,7 milyard lirəlik qanunsuz mərc əməliyyatına görə 14 nəfər həbs edilib

Nicat Hüseynli
Türkiyədə 1,7 milyard lirəlik qanunsuz mərc əməliyyatına görə 14 nəfər həbs edilib
1 dəq oxu

Türkiyənin 7 vilayətində keçirilən qanunsuz mərc əməliyyatı çərçivəsində saxlanılan 19 şübhəlidən 14-ü həbs olunub. Araşdırma zamanı onların ümumilikdə 1,7 milyard lirəlik pul dövriyyəsinə vasitəçilik etdikləri müəyyənləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, əməliyyat Osmaniyə Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib.

Şübhəlilərin qanunsuz mərc fəaliyyəti üçün bank və kriptovalyuta hesabları təmin etdiyi, həmçinin pul köçürmələrinə vasitəçilik etdiyi bildirilir.

Osmaniyə, Adana, Qaziantep, Qəhrəmanmaraş, Mersin, Konya və Manisada keçirilən əməliyyatlarda saxlanılan şəxslərdən 14-ü məhkəmə qərarı ilə həbs edilib, 5-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Əlaqəli Xəbərlər