Menyu

Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlığı genişləndirməyi müzakirə edib

Operativ Media
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlığı genişləndirməyi müzakirə edib
1 dəq oxu

Qazaxıstan və Gürcüstan ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə “Kazinform” Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qazaxıstanın Gürcüstandakı səfiri Talqat Aduov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında noyabrın 6-da keçirilən görüşdə strateji tərəfdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri də nəzərdən keçirilib.

Tərəflər təhsil və mədəniyyət sahələrində əlaqələrin, eləcə də birgə layihələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Əlaqəli Xəbərlər