Menyu

Nərimanovda qətl törətməkdə şüphəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Nərimanovda qətl törətməkdə şüphəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Xəbər verildiyi kimi aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1988-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.

 

***

09:12

Aprelin 23-ü saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilmişdir.

Nərimanov rayon prokurorluğundan "Operativ Media"ya bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər