Menyu

Avtomobil yuma məntəqəsindən maşın qaçıran şərxoş sürücü saxlanılıb

Nərmin Qocamanlı
Avtomobil yuma məntəqəsindən maşın qaçıran şərxoş sürücü saxlanılıb

Aprelin 22-də saat 9 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində “Changan” markalı avtomobilin sürücüsü  təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı sürücünün Şərur rayon sakini Rəmzi Əliyev olması və avtomobili sürücülük hüququ olmadan, etibarnaməsiz, sərxoş halda idarə etməsi, həmçinin həmin avtomobili qəsəbə ərazisindəki işlədiyi avtomobil yuma məntəqəsindən qaçırması müəyyən olunub. 

R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib edilib və avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırma aparılır.

Teqlər:

"Avtomobil yuma məntəqəsindən maşın qaçıran şərxoş sürücü saxlanılıb"

Əlaqəli Xəbərlər