Menyu

“AsanPay” ödəniş platforması adından saxta veb-səhifə yaradılıb - XƏBƏRDARLIQ

Redaksiya
“AsanPay” ödəniş platforması adından saxta veb-səhifə yaradılıb - XƏBƏRDARLIQ

“AsanPay” ödəniş platforması adından “asanodeme.com” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif olunur.

Elektron Təhlükəsizlik Xidmətindən "Operativ Media"ya bildirilib ki, saxta veb-səhifə vasitəsilə vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.

Xidmət vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirmələrini tövsiyə edir.

Teqlər:

"“AsanPay” ödəniş platforması adından saxta veb-səhifə yaradılıb - XƏBƏRDARLIQ"

Əlaqəli Xəbərlər