Menyu

Azərbaycanda daha 5 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 5 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.

"Operativ Media" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 110 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 631 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 253 nəfərdir.

Ölkədə son sutka ərzində 637, hazırkı dövrədək isə 7 583 322 test aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər