Menyu

Almaniyanın xarici işlər naziri İlham Əliyevə təşəkkür edib

Operativ Media
Almaniyanın xarici işlər naziri İlham Əliyevə təşəkkür edib
1 dəq oxu

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə nazir  “X” hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycan həm Avropa İttifaqı, həm də Almaniya üçün etibarlı tərəfdaşdır:

“Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq”.

Əlaqəli Xəbərlər