Menyu

İtaliya Azərbaycanla kritik xammal sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Nərmin Qocamanlı
İtaliya Azərbaycanla kritik xammal sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
1 dəq oxu

İtaliya Azərbaycanla kritik xammal sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bildirib.

O qeyd edib ki, bugünkü səfər və keçirilən görüşlər iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.

Tayani Azərbaycan Prezidenti İlham Əliyev, iqtisadiyyat, nəqliyyat və xarici işlər nazirləri ilə görüşlərin, eləcə də imzalanan sazişlərin əhəmiyyətini vurğulayıb.

Nazir bildirib ki, kritik xammal sahəsində əməkdaşlıq İtaliya kimi sənaye ölkəsinin rəqabət qabiliyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu istiqamətdə birgə fəaliyyət iqtisadi inkişafı və ikitərəfli əlaqələri gücləndirəcək.

Antonio Tayani Azərbaycanın İtaliyaya investisiyalarını da yüksək qiymətləndirib.

Əlaqəli Xəbərlər