Menyu

Azərbaycan və Çin enerji sahəsində yeni layihələri müzakirə edib

Operativ Media
Azərbaycan və Çin enerji sahəsində yeni layihələri müzakirə edib
1 dəq oxu

Azərbaycan və Çin enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istehsal güclərinin elektrik şəbəkəsinə inteqrasiyası və şəbəkənin gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Bildirilib ki, Çində “China Energy” şirkətinin sədri Ni Zhenlə Hacıqabulda 160 MVt gücündə günəş elektrik stansiyası və Xəzər dənizinin Azərbaycan sektorunda 200 MVt gücündə pilot külək elektrik stansiyası layihələrinin icra vəziyyəti müzakirə olunub.

Görüşdə yeni istehsal güclərinin elektrik şəbəkəsinə inteqrasiyası və şəbəkənin gücləndirilməsi məqsədilə şəbəkə tədqiqatları üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Bundan əlavə, hidrogen və interkonnektor layihələri üzrə əməkdaşlıq imkanları da dəyərləndirilib.

Fotogalereya

Əlaqəli Xəbərlər