Menyu

Azərbaycan Mərkəzi Bankı AİB ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Operativ Media
Azərbaycan Mərkəzi Bankı AİB ilə əməkdaşlıq məsələlərini müzakirə edib
1 dəq oxu

Azərbaycan Mərkəzi Bankının (AMB) institusional potensialının gücləndirilməsi üzrə ehtiyacların və əlavə dəstək tələb olunan istiqamətlərin müəyyənləşdirilməsi üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Operativ Media bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun baş direktoru Azər Ələsgərov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının məsləhətləşmə missiyasının rəhbəri, Mərkəzi və Qərbi Asiya departamentinin baş iqtisadçısı Corc Luarsabişvili ilə görüş keçirib.

Görüşdə pul siyasəti sahəsində mövcud əsas çağırışlar, iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsi, eləcə də makroiqtisadi proqnozlaşdırma və tədqiqatla bağlı məsələlər müzakirə olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər