Menyu

Cud Bellinqem: “Zidan məndən qat-qat yaxşı futbolçu idi”

Operativ Media
Cud Bellinqem: “Zidan məndən qat-qat yaxşı futbolçu idi”
1 dəq oxu

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem Zinəddin Zidanla müqayisə olunmasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, ingiltərəli futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV üzərində 5:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Bellinqem fransalı əfsanəvi futbolçunun özündən daha üstün olduğunu deyib:

“Xeyr, xeyr. O, məndən qat-qat yaxşı idi. Zidan əfsanədir. O, mənim kumirlərimdən biri olub! Gələcəyimə gəlincə, Madriddə yaşamaqdan çox məmnunam. Burada hər şey mükəmməldir”, – deyə o, “AS” nəşrinə açıqlamasında bildirib.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi beş oyunun hamısında qələbə qazanaraq 15 xalla turnir cədvəlinə başçılıq edir. PSV isə 4 xalla 28-ci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər