Menyu

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin vəfat etdi

Operativ Media
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin vəfat etdi
1 dəq oxu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, keçmiş xarici işlər naziri Hikmət Çətin 89 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, siyasətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hikmət Çətin ötən ilin oktyabrında soyuqdəymə və pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bir müddət reanimasiya şöbəsində müalicə alan siyasətçi 2025-ci ilin oktyabr ayının sonunda evə buraxılmışdı.

2026-cı ildə yenidən xəstəxanaya yerləşdirilən Hikmət Çətinin müalicəsi İstanbulda davam etdirilirdi.

Əlaqəli Xəbərlər