Menyu

İsrail müdafiə naziri: Yekun qərarı ABŞ prezidenti verəcək

Operativ Media
İsrail müdafiə naziri: Yekun qərarı ABŞ prezidenti verəcək
1 dəq oxu

İsrailin müdafiə naziri İsrael Kats İranın kimyəvi silah hazırladığını və bu barədə həm İsrailin, həm də ABŞ-ın məlumatlı olduğunu iddia edib.

Operativ Media xəbər verir ki, Kats bu barədə Təl-Əvivdə keçirdiyi xüsusi mətbuat brifinqində danışıb.

Onun sözlərinə görə, İsrail və ABŞ qüvvələri İrana mümkün hücum ehtimalına qarşı hazırlıq görür. Nazir bildirib ki, hərbi əməliyyatın başlanması ilə bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Kats İsrail ilə İran arasında müharibə baş verəcəyi təqdirdə “Hizbullah”ın hərbi əməliyyatlara qoşulmayacağının ehtimal edildiyini də qeyd edib.

Bundan başqa, İsrailin müdafiə naziri ABŞ ərazisində İranla əlaqəli hüceyrələrin fəaliyyət göstərdiyini və onların Tramp da daxil olmaqla, yüksək vəzifəli şəxsləri hədəfə almağa çalışdığını iddia edib.

Kats əlavə edib ki, İsrail ordusu ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı birgə hücum planları hazırdır. Onun sözlərinə görə, əməliyyatın başlanması barədə qərar Trampdan asılıdır.

Əlaqəli Xəbərlər