Menyu

ABŞ səfirliyi vakansiya elan edib: Maaş 34 204 dollar

Operativ Media
ABŞ səfirliyi vakansiya elan edib: Maaş 34 204 dollar
1 dəq oxu

ABŞ-nin Azərbaycandakı Səfirliyi ictimai səhiyyə üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Vakansiya üzrə illik əməkhaqqı 34 204 ABŞ dolları təşkil edir.

Operativ Media xəbər verir ki, namizədlər ictimai səhiyyə sahəsində uyğun ixtisas və təcrübəyə malik olmalıdırlar. 

Vakansiya birillik müvəqqəti iş üçün nəzərdə tutulub. Maliyyə vəsaitinin mövcudluğundan asılı olaraq iş müddətinin uzadılması mümkündür.

Qeyd olunub ki, vakansiya üzrə son müraciət tarixi 3 dekabr 2026-cı ildir.

Vakansiyaya müraciət etmək və ətraflı məlumat əldə etmək üçün ABŞ Səfirliyinin Elektron İşə Qəbul Sisteminə daxil olmaq lazımdır.

Əlaqəli Xəbərlər