Menyu

Tehran: ABŞ-nin İranı təcrid etmək planları iflasa uğrayacaq

Operativ Media
Tehran: ABŞ-nin İranı təcrid etmək planları iflasa uğrayacaq
1 dəq oxu

İran blokadananı yarmağa və hər hansı yeni təcavüzə bütün gücü ilə cavab verməyə hazırdır. ABŞ-nin İranı təcrid etmək planları uğursuzluğa düçar olacaq.

Operativ Media xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bildirib.

O, “X” hesabında paylaşımında Donald Trampın İranı blokadaya almaq planlarını tənqid edib.

“Trampın və məğlub olmuş komandasının İranı blokadaya almaq planları uğursuz hərbi strategiyaları kimi absurd və nəticəsizdir. İran xalqı, silahlı qüvvələri və bütün dövlət aparatı blokadanı yarmağa, hər hansı yeni təcavüzə bütün gücü ilə cavab verməyə qətiyyətlidir”, – deyə Rzai bildirib.

Əlaqəli Xəbərlər