Ukrayna və Norveç birgə hava hücumundan müdafiə sistemi yaradıb
Ukrayna və Norveç müdafiə sənayesi şirkətləri birgə yeni hava hücumundan müdafiə sistemi yaradıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Yevgen Xmara deyib.
Bildirilir ki, Norveç şirkəti olan "Kongsberg" adı açıqlanmayan Ukrayna istehsalçısı ilə əməkdaşlıq, Ukrayna və Norveç hökumətlərinin dəstəyi ilə "Desna" adlı yeni hava hücumundan müdafiə sistemi hazırlayıb.
Son aylarda Norveç bir neçə belə sistem alıb və onları Ukraynaya təhvil verib. Yeni hava hücumundan müdafiə sisteminin əsas məqsədi Rusiyanın hücum dronlarına qarşı durmaqdır. Təhvil verilən sistemlər artıq Ukraynada istifadə olunur.
“Desna” sistemi Norveç şirkəti "Kongsberg" tərəfindən hazırlanmış atəş idarəetmə sistemi ilə inteqrasiya olunmuş Ukrayna istehsalı olan zenit raketləri və buraxılış qurğuları ilə təchiz olunub.
Bundan əlavə, Ukrayna və Norveç Ukraynanın hava hücumundan müdafiə zonasını artırmaq üçün birgə layihələrini daha da genişləndirməyi düşünürlər.
Xmara bildirib ki, "Desna” dronların məhv edilməsində effektivliyini nümayiş etdirib.