Menyu

Monteneqro Aİ-dən 15% daha çox vəsait alacaq

Operativ Media
Monteneqro Aİ-dən 15% daha çox vəsait alacaq
1 dəq oxu

Avropa Komissiyası islahatlarda irəliləyişlər səbəbindən Qərbi Balkanların iqtisadi artım planı çərçivəsində Monteneqroya 15% daha çox vəsait ayırmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Albaniya və Şimali Makedoniya da müvafiq olaraq 15% və 10% maliyyələşdirmə artımı alacaqlar. 

Qərbi Balkanların İqtisadi İnkişaf Planı, həyata keçirilən islahatlardan asılı olaraq maliyyə dəstəyi təmin edən 6 milyard avro dəyərində 2023-cü ildə təsdiq edilib.

Əlaqəli Xəbərlər