Menyu

Uşaqlıq dövründə piylənmə və ekran asılılığının gələcək riskləri

Ayşən Sadıxzadə
Uşaqlıq dövründə piylənmə və ekran asılılığının gələcək riskləri
1 dəq oxu

Uşaqlıq dövründə piylənmə və ekran asılılığı müasir dövrün aktual pediatrik problemlərindəndir. Bu iki faktor bir-biri ilə sıx əlaqəlidir və uşağın həm fiziki, həm də psixoloji sağlamlığına mənfi təsir göstərir.

Bu barədə Operativ Media-ya pediatr Səbinə Məmmədova danışıb. 

O bildirib ki, uşaqlarda piylənmənin əsas səbəbləri qeyri-sağlam qidalanma, yüksək kalorili və şəkərli qidaların həddindən artıq istifadəsi, fiziki aktivliyin azalması, genetik meyillilik və yuxu rejiminin pozulmasıdır:

“Piylənmə gələcəkdə insulin müqaviməti, 2-ci tip şəkərli diabet, arterial hipertenziya, qaraciyərin piylənməsi və ürək-damar xəstəlikləri riskini artırır. Eyni zamanda, uşaqlarda özünəinamın azalmasına və psixoloji problemlərə səbəb ola bilər.

Ekran qarşısında uzun müddət qalmaq isə uşaqlarda hərəkətsizliyi artırır, yuxu rejimini pozur, diqqət və konsentrasiya problemləri yaradır. Erkən yaşlarda həddindən artıq ekran istifadəsi nitq, sosial ünsiyyət və emosional inkişafı da mənfi təsirləndirə bilər”.

Əlaqəli Xəbərlər