Menyu

Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaqlar

Operativ Media
Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaqlar
1 dəq oxu

2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 3 Azərbaycan vətəndaşı Türkiyə Respublikasında təhsil almaq hüququ qazanıb.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir.

Yekun seçim nəticələrinə əsasən, təqaüd proqramına qəbul olunan şəxslər Ankara və Sakarya universitetlərində beynəlxalq münasibətlər, idarəetmə elmləri, mühasibat uçotu və maliyyə ixtisasları üzrə doktorantura səviyyəsində təhsil alacaqlar.

Əlaqəli Xəbərlər