27 Aprel 2023, 09:23
Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi artıb
Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi artıb şəkil
Azərbaycanın Macarıstanla ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2 033,18 min ABŞ dolları və ya 21 faiz artaraq 11 707,67 min dollar təşkil edib.

"Operativ Media" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir k, cari ilin ilk üç ayında Azərbaycandan Macarıstana 333,92 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 4,65 min dollar və ya 1,4 faiz azdır.

Macarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 21,8 faiz və ya 2 037,83 min dollar artaraq 11 373,75 min dollar təşkil edib.

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,01 faiz bəndi çoxdur.

Son xəbərlər
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib