Azərbaycan və Özbəkistan arasında avtonəqliyyat sahəsində Əməkdaşlıq Memarandumu imzalanıb
Nərmin Qocamanlı
Azərbaycan və Özbəkistan Respublikaları arasında avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memarandumu imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə paylaşım edib.
"İqtisadi Zonaların İnkişafı Agentliyi, Maşın və avadanlıq istehsalçıları Assosiasiyası və Özbəkistanın “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memarandumu imzalandı. Sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək", - paylaşımda deyilir.
Teqlər:
"Azərbaycan və Özbəkistan arasında avtonəqliyyat sahəsində Əməkdaşlıq Memarandumu imzalanıb"