03 May 2023, 09:29
Azərbaycanda pivə istehsalı 13 faizdən çox artıb
Azərbaycanda pivə istehsalı 13 faizdən çox artıb şəkil
Azərbaycanda pivə istehsalı 13 faizdən çox artıb

Bu ilin yanvar-mart aylarında ölkədə 801,7 min dekalitr (dkl) pivə istehsal olunub.

"Operativ Media" Dövlət Statistika Komitəsinin hesabatına istinadən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 13,4 faiz və ya 95,1 min dkl artıb.

Cari ilin fevral ayı ilə müqayisədə isə martda artım 22,3 faiz və ya 53 min dkl təşkil edib. Mart ayında 290 min dkl pivə istehsal olunub. Aprel ayının 1-nə hazır məhsul ehtiyatı isə 271,2 min dkl təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə ölkədə 4683,6 min dkl pivə istehsal olunub ki, bu da bir il öncəki göstəricidən 3,3 faiz azdır. (Vergiler.az) 

Son xəbərlər
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı