05 May 2023, 16:56
Mikayıl Cabbarovun birinci müavini “Dünya İqtisadi Forumu 2023”ün İnkişaf Sammitində iştirak edib
Mikayıl Cabbarovun birinci müavini “Dünya İqtisadi Forumu 2023”ün İnkişaf Sammitində iştirak edib şəkil
Mikayıl Cabbarovun birinci müavini “Dünya İqtisadi Forumu 2023”ün İnkişaf Sammitində iştirak edib

İsveçrənin Cenevrə şəhərində “Dünya İqtisadi Forumu 2023”ün İnkişaf Sammiti keçirilib.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya bildirilib ki, müxtəlif ölkələrin rəsmilərinin, dünya biznesinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbir çərçivəsində qlobal iqtisadi əməkdaşlıq, dayanıqlı və inklüziv iqtisadi siyasət, Dördüncü Sənaye İnqilabı texnologiyalarının məşğulluq sahəsi üçün yaratdığı çağırış və fürsətlər və s. mövzulara dair 51 sessiya keçirilib, Dünya İqtisadi Forumunun “İş Yerlərinin Gələcəyi 2023” hesabatı təqdim edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İş yerlərinin gələcəyi”, “Bölünmə şəraitində inkişafın təşviqi”, “Yeni iqtisadiyyat və cəmiyyət” sessiyalarında, habelə Forumun “Qlobal Bərabərlik Konsorsiumu”nun sessiyasında iştirak edib. İştirakçılara “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə İqtisadi İnkişaf Strategiyası”, həmçinin əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin fəaliyyəti, rəqəmsal iqtisadiyyat sahəsində görülən işlər və s. tədbirlər barədə ətraflı məlumat verilib. Sammitin sessiyalarında dünya iqtisadiyyatında yeni trendlər və yanaşmalar, sosial rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər və digər məsələlər barədə müzakirələr aparılıb.

Sammit çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun icraçı direktorları Mirek Duşek və Saadiya Zahidi, eləcə də ABŞ-ın onlayn təhsil platforması “Coursera” şirkətinin nümayəndələri ilə görüşlər keçirib, əməkdaşlığın yeni mümkün istiqamətləri barədə fikir mübadiləsi aparılıb. “Coursera” şirkəti ilə keçirilən görüşdə Dördüncü Sənaye İnqilabı sahəsində əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.

Son xəbərlər
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı