Həştərxan və Azərbaycan limanları arasında müntəzəm gəmiçilik xəttinin təşkili təklif edilir
Redaksiya
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
"Operativ Media"nın məlumatına görə Həştərxan vilayəti başçısının rəsmi “Telegram” kanalı görüşdə əməkdaşlığın əsas istiqamətlərin müzakirə olunduğunu bildirib.
İ.Babuşkin Həştərxan və Azərbaycan limanları arasında müntəzəm gəmiçilik xəttinin təşkilini, habelə Həştərxan Xəzər klasterinin xüsusi iqtisadi zonaları ilə Azərbaycanın “Ələt” azad iqtisadi zonası arasında əməkdaşlığı inkişaf etdirməyi təklif edib.
Qeyd olunub ki, Həştərxan tərəfi sənaye əməkdaşlığı şərtləri əsasında yükdaşıyanlar, kimyəvi maddələr daşıyan gəmilər, bərə və tankerlər istehsal etməyə hazırdır.
Teqlər:
"Həştərxan və Azərbaycan limanları arasında müntəzəm gəmiçilik xəttinin təşkili təklif edilir"